NANO ICT – Müasir texnoloji həllər üzrə universal tərəfdaşınız
- Geniş təcrübə: 2013-cü ildən fəaliyyət göstərən NANO, həm dövlət müəssisələri, həm də müxtəlif korporativ şirkətlər üçün innovativ texnologiyaların tətbiqi sahəsində qabaqcıl təcrübəyə malikdir.
- Xidmət göstərdiyimiz sektorlar: Təhsil ocaqları, biznes mərkəzləri, dövlət strukturları, banklar, sənaye müəssisələri və s. üçün fərdiləşdirilmiş həllər təqdim edirik.
- Əsas fəaliyyət istiqamətləri:
- Müasir biznes və idarəetmə üçün ağıllı interaktiv və kommersiya avadanlıqları.
- Hər növ kompüter sistemləri və avadanlıqları.
- Müəssisələrin rəqəmsal infrastrukturunun qurulması və IT avadanlıqları ilə təminatı.
- Peşəkar quraşdırma, texniki dəstək və operativ servis xidmətləri.
Mündəricat
Qlobal tərəfdaşlıq: NANO ICT – Dünyanın texnologiya nəhəngi KTC -i brendi HORION
- KTC Technology: 1995-ci ildə qurulan Shenzhen KTC Technology Co. Ltd., düz panel displey istehsalı sahəsində dünyanın ilk 5 qlobal nəhəngindən biridir.
- Horion – Premium brend: KTC qrupunun yüksək texnologiyalı interaktiv həllər və ağıllı displeylər üzrə ixtisaslaşmış elit brendidir.
- Eksklüziv əməkdaşlıq: NANO ICT, KTC Technology-nin rəsmi partnyoru və Horion brendinin Azərbaycandakı eksklüziv distribyutorudur.
İnteraktiv məhsullarımız
Horion M6APro V2 EDLA (Ağıllı interaktiv lövhə)
Müasir iş dünyası və təhsil mühiti üçün hazırlanmış, sənayenin aparıcı Quad-Camera (Dörd kameralı) sisteminə malik ağıllı interaktiv paneldir. Bu cihaz rəsmi Google EDLA sertifikatına malikdir. Bu o deməkdir ki, panel birbaşa Google Play Store, Google Meet, Drive və Docs kimi məhsuldarlıq alətlərinə yerli (native) dəstək verir və əlavə kompüterə ehtiyac duymadan birbaşa ekranda işləməyə imkan yaradır.
Əsas texniki xüsusiyyətlər:
- Kamera: 48MP əsas kamera daxil olmaqla AI Quad-Camera sistemi (110° baxış bucağı).
- Səs: 12 metr məsafədən səs qəbul edən 8 mikrofon massivi.
- Performans: 16GB LPDDR4X RAM + 256GB yaddaş.
- Bağlantı: NFC ilə bir toxunuşla ekran paylaşımı, WiFi 6 və Bluetooth 5.3.
- Ölçülər: 65” , 75” və 86”
Həll etdiyi problemlər:
- Distant təlimdə texniki baryerlər: 12 metrlik səs qəbulu və 300-dən çox küyü filtrdən keçirən AI alqoritmi ilə uzaqdan qoşulan tələbələr sanki sinifdə imiş kimi eşidirlər.
- Kadrın itməsi: Müəllim hərəkət etdikdə kameranın onu izləyə bilməməsi problemini AI ağıllı kadrlaşdırma ilə həll edir.
- Təhlükəsizlik: Daxili şifrələmə mühərriki imtahan və şəxsi məlumatların təhlükəsizliyini təmin edir.
- BYOM (Bring Your Own Meeting): Öz noutbukunuzla gəlib panelin kamerasından və mikrofonundan istifadə edərək onlayn dərslər keçmək imkanı.
- Remote Collaboration: Bu funksiyası ilə fərqli ölkələrdəki professor və tələbələrin eyni lövhə üzərində real vaxtda birgə işləməsinə şərait yaradır.
- Məlumatların rəqəmsal arxivi: Mühazirə zamanı lövhədə yaradılan bütün qeydlərin və annotasiyaların itməsi riskini aradan qaldırır; hər şey PDF/şəkil formatında bulud yaddaşına və ya QR kodla tələbələrə ötürülür.
- Dərslərin inklüzivliyi: Live Subtitles və AI Translation funksiyaları eşitmə məhdudiyyətli və ya dili zəif bilən tələbələrin dərsi tam anlamasına kömək edir.
- İş yükünün avtomatlaşdırılması: Timed Power On/Off funksiyası universitetin texniki heyətinin hər otağa tək-tək girib cihazları açma/bağlama yükünü azaldır və enerji qənaəti təmin edir.
- Passiv tədris və aşağı cəlbedicilik: Süni intellekt vasitəsilə saniyələr içində testlər (AI Quiz) və real vaxt səsvermələri (Vote Kit) yaradaraq tələbələrin dərsdə aktiv iştirakını təmin edir.
Verdiyi faydalar:
- AI sinxron tərcümə: Xarici dildə olan mühazirələri real vaxtda subtitrlər və ya səsləndirmə ilə tərcümə edir.
- AI ağıllı xəritə: Müzakirə zamanı fikirləri avtomatik olaraq “Mind Map” formasına salaraq dərsin strukturlaşdırılmasına kömək edir.
- AI Quiz: Mövzu üzrə açar sözləri daxil etməklə avtomatik testlərin və sualların yaradılması.
- 9 bölünmüş ekran: Eyni vaxtda 9 tələbənin və ya qrupun tapşırıqlarını müqayisəli şəkildə nümayiş etdirmək imkanı.
- Smart Writing 3.0: 1 milyon insanın yazı vərdişinə əsaslanan, silk effektli və gecikməsiz yazı təcrübəsi.
Horion K7A (Ağıllı interaktiv təhsil paneli)
Təqdimat: Horion K7A, müasir təhsil auditoriyaları üçün nəzərdə tutulmuş, zərif dizaynı və yüksək performanslı texniki göstəriciləri ilə fərqlənən interaktiv paneldir. Android 14.0 əməliyyat sistemi üzərində qurulan bu cihaz, həm mühazirəçilər, həm də tələbələr üçün intuitiv və sürətli istifadə təcrübəsi təklif edir. “Hər şey birində” (All-in-one) konsepsiyası ilə lövhə, noutbuk və proyeksiya imkanlarını tək bir platformada birləşdirir.
Əsas texniki xüsusiyyətlər:
- Ekran: 4K Ultra HD (3840×2160), 450 nit parlaqlıq.
- Toxunma: 50 nöqtəli yüksək dəqiqlikli infraqırmızı toxunma (±1mm dəqiqlik).
- Sistem: Android 14.0 (isteğe bağlı Windows OPS dəstəyi), 8GB RAM + 256GB yaddaş.
- Kamer və səs: İstəyə bağlı xarici kamera dəstəyi və mikrofon.
- Ölçülər: 65” , 75” və 86”
Həll etdiyi problemlər:
- Passiv öyrənmə mühiti: Tələbələrin sadəcə dinləyici olduğu dərsləri 50 nöqtəli toxunma dəstəyi ilə komanda işinə çevirir.
- Xarici qurğu asılılığı: Google EDLA sertifikatı sayəsində notbuk qoşmadan Google Drive və Classroom-dakı materiallara birbaşa çıxış verir.
- Yazı və görüntü itkisi: 178° geniş baxış bucağı və ±1mm yazı dəqiqliyi ilə auditoriyanın hər nöqtəsindən mükəmməl görünüş təqdim edir.
- İşıq əks olunması: Auditoriyadakı pəncərə və ya lampa işığının ekranı görünməz etməsi problemini aradan qaldırır.
- Passiv dinləmə: Çoxlu toxunma nöqtəsi və interaktiv səsvermə alətləri ilə tələbələri mühazirəyə cəlb edir.
- Qeydlərin itirilməsi və köçürülməsi: Mühazirə bitdikdə lövhədəki bütün qeydləri QR kodu skan edərək dərhal PDF formatında telefonlara köçürmək mümkündür, beləcə qeyd götürməyə vaxt itmir.
Verdiyi faydalar:
- Süni İntellekt (AI) alətləri: Yazılı mətnlərin səsləndirilməsi (Text-to-speech) və sənədlərin redaktə edilə bilən formata salınması (OCR).
- Multisistem dəstəyi: Android 14.0 daxili olaraq gəlir, istəyə bağlı Windows 11 modulu (OPS) əlavə edilə bilər.
- Təbii yazı hissi: “Zero bonding” texnologiyası ilə kağız üzərində yazırmış kimi dəqiq və sürətli yazı təcrübəsi.
- Qrup əməkdaşlığı: Eyni anda 9 tələbənin öz cihazından (noutbuk, telefon) təqdimat etmə imkanı.
- Göz sağlamlığı: “Anti-glare” (parıltı əleyhinə) ekranla həm müəllimin, həm də tələbənin görmə qabiliyyətini qoruyur.


Horion Smart Lectern (Ağıllı kürsü)
Təqdimat: Horion Smart Lectern, professor və mühazirəçilərin çıxışlarını rəqəmsallaşdıran, “hər şey birində” (all-in-one) konsepsiyalı intellektual kürsüdür. Bu cihaz 27 düymlük 4K toxunma ekranı, daxili kompüteri və peşəkar mikrofon sistemini tək bir erqonomik platformada birləşdirir. Universitetlərin akt zalları və böyük auditoriyaları üçün peşəkar təqdimat həllidir.
Əsas texniki xüsusiyyətlər:
- Ekran: 27 düymlük 4K UHD kapasitiv toxunmatik ekran.
- Performans: 8 nüvəli prosessor və 6Tops yüksək hesablama gücü.
- Erqonomika: 1.1m – 1.3m arası tənzimlənən hündürlük və 20° erqonomik ekran bucağı.
- Səs: Daxili qoşa “gooseneck” mikrofonlar.
- Sistem: Android 12.0 (Horion OS 6.0), 8GB RAM + 64GB yaddaş.
Həll etdiyi problemlər:
- Hazırlıq vaxtının itirilməsi: Müəllimin hər dərsdən əvvəl özü ilə notbuk, pult və ya adapter daşıması ehtiyacını aradan qaldırır.
- Məkan məhdudiyyəti: Sabit kürsülərin natiqi bir nöqtədə saxlaması problemini təkərli bazası və simsiz qoşulma imkanı ilə həll edir.
- İdarəetmə çətinliyi: Çoxsaylı kabellərin yaratdığı qarışıqlığı daxili kompüter və mikrofon sistemi ilə bitirir.
Verdiyi faydalar:
- Erqonomik tənzimləmə: Hündürlük 1.1m ilə 1.3m arasında dəyişdirilə bilir, bu da müxtəlif boylu müəllimlər üçün konfor təmin edir.
- Professional annotasiya: 27 düymlük 4K UHD ekran üzərində yazı qələmi ilə edilən bütün qeydlər sinxron olaraq böyük ekrana ötürülür.
- Geniş multimedia: Daxili “gooseneck” mikrofonlar və yüksək hesablama gücü (6Tops) dərsin axıcılığını təmin edir.
- Mobillik: Tədbirin növünə uyğun olaraq kürsü auditoriyanın istənilən yerinə asanlıqla daşına bilir.
Horion P6A Commercial Display (Peşəkar kommersiya displeyi)
Təqdimat: Horion P6A, Təhsil müəssisələri, rəhbərlik ofisləri və təqdimat zalları üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli peşəkar kommersiya ekranıdır. Bu cihaz “Boundless Vision” (Sərhədsiz görüntü) dizaynı və 4K ultra-yüksək dəqiqliyi ilə məlumatların vizual olaraq ən cəlbedici şəkildə çatdırılmasını təmin edir. Daxili Panelnet sistemi vasitəsilə məsafədən idarə oluna bilən rəqəmsal məlumat lövhəsidir.
Əsas texniki xüsusiyyətlər:
- Ekran: 4K UHD, HDR10 dəstəyi və 1.07 milyard rəng çalarları.
- Səs: Dolby Audio və Dolby Atmos dəstəkli immersiv səs.
- İdarəetmə: Panelnet sistemi ilə məsafədən məzmun idarəetməsi.
- Sistem: Android 10, 3GB RAM + 32GB yaddaş.
- Ölçülər: 55” , 65” , 75” və 86”
Həll etdiyi problemlər:
- Məlumat gecikməsi: İmtahan cədvəllərinin və ya kurs elanlarının kağız şəklində vurulması vaxt itkisidir; P6A ilə bütün dəyişikliklər saniyələr içində yenilənir.
- Mərkəzləşdirilmiş idarəetmə: Müxtəlif binalardakı bütün ekranlar “Panelnet” sistemi vasitəsilə tək bir mərkəzdən idarə olunur.
- Məlumatın gecikməsi: Müəssisə daxili elanların (imtahan cədvəli, tədbir bildirişləri) real vaxtda və saniyələr içində bütün binada yayılması problemini həll edir.
- İdarəetmə çətinliyi: Çoxsaylı monitorların tək-tək idarə edilməsi yükünü aradan qaldıraraq vahid sistem üzərindən sinxron işləməni təmin edir.
Verdiyi faydalar:
- Reklamsız ofis rejimi: Horion OS sistemi ofis və təhsil mühiti üçün optimallaşdırılıb, startup reklamları yoxdur.
- İmmersiv səs: Dolby Atmos dəstəyi foyelərdə video materialların teatr səviyyəsində səslənməsini təmin edir.
- Dual-Band Wi-Fi: Eyni vaxtda həm sürətli internet, həm də stabil ekran paylaşımı üçün 2.4G və 5G kanalları.
- Yüksək vizual təsir: HDR10 texnologiyası mühazirə materiallarının, elmi qrafiklərin və elanların daha parlaq və detallı görünməsini təmin edir.
- Operativ məlumat paylaşımı: “Scan-to-Upload” funksiyası ilə hər hansı sənəd və ya vizualı kabelsiz şəkildə dərhal ekrana ötürmək mümkündür.
Aksesuarlar
Horion HG-2S: Simsiz qoşulma adapter
Bu aksesuar noutbuk və mobil cihazların görüntüsünü kabelsiz olaraq 4K keyfiyyətində lövhəyə ötürən, “Plug & Play” (Qoş və işlət) prinsipini təmin edən cihazdır.
- Verdiyi faydalar: Heç bir drayver və ya proqram tələb etmir; Type-C və USB portları ilə tam uyğundur. Bir toxunuşla həm görüntünü paylaşır, həm də panelin kamera/mikrofon sistemini noutbuka bağlayır (BYOM).
- Həll etdiyi problemlər: Auditoriyadakı kabel xaosuna, HDMI portu çatışmazlığına və təqdimatdan əvvəl qoşulma üçün sərf olunan texniki vaxt itkisinə son qoyur.
Horion HP-3S: Ağıllı qələm
- Səsli idarəetmə: Daxili mikrofon vasitəsilə uzaqdan səsli komandalar vermək və sürətli axtarış etmək imkanı.
- Funksionallıq: Qələm, pult, simsiz siçan və lazer göstəricisinin tək bir cihazda cəmləşməsi.
- Mobillik: 15 metrlik təsir dairəsi ilə auditoriya daxilində sərbəst hərəkət və təqdimatın idarə olunması.
- NFC sürətli keçid: Qələmi panelə yaxınlaşdırmaqla rəqəmsal lövhənin (Whiteboard) anında aktivləşdirilməsi.
- Spotlight & Zoom: Mühüm elmi detalları rəqəmsal olaraq işıqlandırmaq və böyüdərək diqqəti fokuslamaq imkanı.
- Təbii yazı təcrübəsi: Yüksək həssaslıqlı sensoru ilə gecikməsiz və axıcı yazı yazmaq funksiyası.


Horion HC-5M: 4K UHD süni intellektli kamera
Bu cihaz hibrid təhsil və böyük konfrans zalları üçün nəzərdə tutulmuş, 10x optik yaxınlaşdırma (zoom) və süni intellekt dəstəkli peşəkar kameradır.
- Verdiyi faydalar: 10x optik zoom ilə uzaq məsafədən belə kristal təmizliyində görüntü; süni intellektli kadrlaşdırma (Auto-framing) ilə mühazirəçini və auditoriyanı avtomatik izləmə imkanı.
- Həll etdiyi problemlər: Böyük auditoriyalarda onlayn tələbələr üçün görüntünün bulanıq olması və mühazirəçinin daim kadrdan çıxması problemlərini kökündən həll edir.


Horion simsiz Omni mikrofon: Süni intellektli səs sistemi
Bu aksesuar 8 mikrofonlu massiv və 5 fərqli süni intellekt (AI) alqoritmi ilə təchiz olunmuş, 360 dərəcəlik səs qəbulu təmin edən peşəkar audio həllidir.
- Verdiyi faydalar: 8-16 metr məsafədən kristal təmizliyində səs qəbulu; AI texnologiyası ilə əks-sədanın kəsilməsi və səsin avtomatik gücləndirilməsi.
- Həll etdiyi problemlər: Böyük auditoriyalarda mühazirəçinin səsinin arxa sıralara zəif çatması, klaviatura və ya kondisioner kimi kənar küylərin dərsi pozması problemlərini aradan qaldırır.

Horion OPS Modulu: Daxili kompüter sistemi
Bu aksesuar interaktiv paneli yüksək performanslı bir Windows kompüterinə çevirən, panelin arxasındakı xüsusi yuvaya (slot) yerləşdirilən keçid moduludur. Xarici noutbuk qoşmağa ehtiyac duymadan bütün əməliyyatları birbaşa lövhə üzərindən icra etməyə imkan verir.
Verdiyi faydalar:
- İkili əməliyyat sistemi: Panelin öz Android sistemi ilə yanaşı, tam funksional Windows mühitini təmin edir.
- Yüksək performans: Intel Core i5/i7 prosessorları və SSD yaddaş ilə təchiz olunduğu üçün ağır proqramları (AutoCAD, Adobe proqramları, laboratoriya simulyasiyaları) donmadan işlədir.
- Plug & play: Heç bir kabelə ehtiyac yoxdur; modul panelə daxil edildiyi an enerji və data bağlantısı avtomatik təmin olunur.
- Geniş bağlantı: Üzərindəki əlavə USB 3.0, HDMI və LAN portları vasitəsilə periferiya cihazlarının qoşulmasını asanlaşdırır.
Həll etdiyi problemlər:
- Kabel qarışıqlığı: Noutbuku lövhəyə qoşmaq üçün istifadə olunan uzun HDMI və USB (touch) kabellərini tamamilə ortadan qaldırır.
- Proqram təminatı məhdudiyyəti: Android sistemində açılmayan .exe formatlı xüsusi təhsil və ya biznes proqramlarının birbaşa lövhədə istifadəsini mümkün edir.
- Təhlükəsizlik və stabillik: Şəxsi noutbukların hər dəfə qoşulması zamanı yaranan virus yoluxma riskini və ya görüntü ötürülməsindəki qırılmaları aradan qaldırır; sistem tam stabil və qapalı dövrə işləyir.


Horion HB-100A: “All-in-one” 4K video konfrans sistemi
Bu cihaz kamera, mikrofon, dinamik və kompüteri (Android 10.0) tək bir gövdədə birləşdirən peşəkar video bar həllidir. Heç bir kənar noutbuka ehtiyac duymadan birbaşa daxili sistemi vasitəsilə (Zoom, Teams və s.) peşəkar konfranslar təşkil etməyə imkan verir.
Verdiyi faydalar:
- Müstəqil sistem: RK3399 prosessoru və daxili yaddaşı (4GB RAM / 32GB ROM) sayəsində əlavə kompüter tələb etmir; proqramlar birbaşa cihaza quraşdırılır.
- Kristal təmizliyində 4K görüntü: 8 MP sensor və 103° geniş baxış bucağı ilə otaqdakı hər kəsi yüksək detallı kadrda saxlayır.
- Ağıllı süni intellekt: Auto-framing (iştirakçı sayına görə kadrı tənzimləmə) və Speaker Tracking (danışan şəxsi səslə izləmə) funksiyaları mövcuddur.
- 8-Mikrofonlu massiv: 8 metr məsafədən 180 dərəcəlik bucaq altında səsi aydın qəbul edir və əks-sədanı avtomatik ləğv edir.
- Zəngin qoşulma: 2 ədəd HDMI-OUT portu ilə eyni anda iki fərqli ekrana görüntü çıxara bilir.
Həll etdiyi problemlər:
- Cihaz dağınıqlığı: Ayrı-ayrı kamera, mikrofon və səs sistemlərinin yaratdığı kabel xaosuna və quraşdırma çətinliyinə son qoyur.
- Məkan məhdudiyyəti: Dar iclas otaqlarında (Huddle rooms) kadr kənarında qalan iştirakçı problemini geniş bucaqlı linzası ilə həll edir.
- Texniki gecikmələr: Görüşdən əvvəl noutbuku lövhəyə qoşmaq, drayver sazlamaq kimi vaxt itkisini aradan qaldırır; sistem “Qoş və İşlət” prinsipi ilə saniyələr ərzində hazır olur.












