Salamlar hamıya! Artıq 2024-cü ildəyik və tətillər başlamaq üzərədir. Ekspertlər olaraq sizə bügün kompüter qiymətləri haqqında məlumat verəcəyik. Sözü uzatmadan başlayaq…

Kompüter Qiymətlərinə Təsir Edən Faktorlar Nələrdir

Kompüter qiymətləri necə müəyyərləşdirilir? – aydın məsələdir – qiymətlərə təsir edən bir çox amillər var. Bu amilləri 4 başlıq altında izah etmək olar. Gəlin birlikdə bu faktorlara nəzər salaq! Kompüter qiymətləri əsas olaraq bu kimi amillərdən asılıdır:

  • Texnoloji irəliləyişlər
  • Brendin nüfuzu
  • Komponentlər və texniki xüsusiyyətlər
  • Bazarda tələb və təklif

Texnoloji irəliləyişlər

Texnologiyanın inkişafı, əldə edilən irəliləyişlər kompüter qiymətlərini formalaşdırmaqda əhəmiyyətli rol oynayır. Yeni innovasiyaların ortaya çıxması və aparat təchizatı (hardware) imkanlarının təkmilləşməsi ilə birlikdə, komponentlərin istehsalının qiymətləri də dəyişir. 

Yenilikçi texnologiyalar çox vaxt qiymətlərin artmasına səbəb olur. Bu da özlüyündə araşdırma, inkişaf və istehsal üçün tələb olunan investisiyanı yansıdır. 

Buna qarşılıq komputer texnologiyalarının köhnəlməsi, onların qiymətlərinin azalmasına səbəb ola bilər. Kompüter qiymətlərinin azalması isə büdcələri yüksək olmayan alıcılar üçün əla fürsətdir.

Brendin nüfuzu

Kompüter markaları və qiymətləri önəmli dərəcədə bir-birilə bağlıdır. Markanın və ya brendin nüfuzu kompüter qiymətlərinə təsir edən əsas faktordur. 

Etibarı və performansı ilə tanınmış brendlər (məs. Apple və ya Samsung), öz məhsulları üçün daha yüksək qiymət tələb edə bilərlər. 

İstehlakçılar çox vaxt nüfuzlu brendlərə keyfiyyət və müştəri dəstəyinin təmin edilməsi üçün  əlavə qiymət ödəməyə hazırdırlar. 

Əksinə, daha az tanınmış brendlər eyni xüsusiyyətləri daha aşağı qiymətlərdə təklif edə bilərlər.  Bunun səbəbi isə aydındır; daha çox müştəri əldə etmək və bazarda öz yerini sağlamlaşdırmaq.

Komponentlər və texniki xüsusiyyətlər

Kompüterin komponentləri və spesifikasiyaları birbaşa onun qiymətinə təsir edir. Texniki xüsusiyyətlər, kompüterlərin ucuz, baha və ya nisbətən münasib qiymətlərə olmasında əsas faktor ola bilər. 

Yüksək performanslı komponentlər, məsələn, qabaqcıl prosessorlar (CPU), grafik kartları (GPU) və sərt disklər (HDD və ya SSD), ümumilikdə daha yüksək bir məbləğə səbəb olur. 

Bundan əlavə, yaddaş tutumu, saxlama seçimləri və ekran aydınlığı kimi amillər son qiymət etiketinə təsir edə bilər. 

Ən yüksək səviyyəli performans axtaran istehlakçılar əlbəttə ki, ən müasir avadanlıq üçün daha çox pul ödəyəcəklər. Təvazökar ehtiyacları olanlar isə daha sərfəli konfiqurasiyaları seçə bilərlər.

Bazarda tələb və təklif

Tələb və təklif dinamikası kompüter qiymətlərinin müəyyən edilməsində həlledici rol oynayır. Təchizatdakı dalğalanmalar, məsələn, komponent qıtlığı və ya istehsal gecikmələri, tələbin artmasına və məhdud mənimsəməyə səbəb ola bilər. 

Əksinə, təchizatın çox olması və ya tələbin azalması, istehsalçıların və pərakəndə satıcıların artıq ehtiyatlarını (inventarlarını) boşaltmağına səbəb ola bilər. 

Nəticədə kompüterlərdə sərt qiymət endirimləri başlaya bilər. Bu isə müştərilər üçün əla fürsətdən başqa bir şey deyildir… 

Kompüterlərin Qiymət Aralıqları

İndi isə keçək digər bir məsələyə, kompüterlərdəki qiymət aralıqlarına. Bildiyimiz kimi müxtəlif tipli kompüterlər vardır. 

Bunlar istehlakçıların istifadə tərzlərinə və istəklərinə uyğun şəkildə istehsal olunan kompüter növləridir. Biz aşağıdakı kompüterləri nəzərdə tutaraq, onların qiymətlərinə nəzər salacağıq:

  • Masaüstü kompüter (Desktop Computer)
  • Notebook 
  • Oyun kompüteri (Gaming PC)
  • Monoblok kompüter
  • Sensor kompüter (Touchscreen Computer)

Masaüstü kompüter qiymətləri

Masaüstü kompüter qiymətləri, brend, xüsusiyyətlər və əlavə funksiyalar kimi faktorlara görə dəyişir. 2024-cü il üçüng giriş səviyyəli masaüstü kompüterlər adətən təxminən 500 manatdan başlayır. 

Onlar əsasən gündəlik işlər üçün istifadəyə uyğundur. Orta seqment masaüstü kompüterlər, 1000-2000 AZN arasında qiymətlənir. 

Bu seqment, əsasən CPU və GPU-nu yormayan oyunlar oynayan və ya məzmun yaratmaq üçün kifayət qədər qrafik kartı gücünə ehtiyacı olan istifadəçilər üçün nəzərdə tutulmuşdur. 

Qiyməti 2000 AZN-dən yüksək olan üst seqment masaüstü kompüterlər isə ən yaxşı performansı təklif edir. Onlar 4K oyun, video redaktə və qrafik dizayn kimi peşəkar tapşırıqlar üçün uyğundur.

Notebook  qiymətləri

Ümumilikdə götürsək, dizüstü kompüter qiymətləri hal-hazırda müştəriləri ən çox maraqlandıran məsələlərən biridir.

2024-cü il üçün notebook qiymətləri büdcəyə uyğun seçimlərdən tutmuş qabaqcıl funksiyaları olan premium modellərə qədər dəyişir. 

Təəssüflə deyə bilərik ki, laptop qiymətlərində kəskin artış ildən ilə artmaqdadır. Bunun səbələrinə o qədər də girmədən, noutbuk qiymətlərinə baxaq…

Qiyməti 700 manatdan aşağı olan ucuz notebooklar (budget laptops) internet surfing, mətnin işlənməsi və multimedia istehlakı (videolar izləmək və s.) kimi məqsədlər üçün uyğundur. 

Ümumi Qiyməti 700 və 1700 AZN arasında olan orta səviyyəli laptoplar isə daha yaxşı performans, daşınma qabiliyyəti və batareya ömrü təklif edir ki, bu da onları yolda olan tələbələr üçün ideal edir.  

1700 manatdan yuxarı olan premium notebooklar yüksək keyfiyyətli displeylərə, güclü prosessorlara və yüksək keyfiyyətli quruluşa malikdir. Bunlar isə yüksək performans. premium komponentlər və lüks dizayn tələb edən istifadəçilərə xidmət edir.

Oyun Kompüter Qiymətləri

Oyun kompüter qiymətləri, performans və xüsusiyyətlərinə görə geniş aralıqda dəyişir. Qiyməti 1500 AZN-dən aşağı olan giriş səviyyəli oyun kompüterləri casual oyunçular üçün layiqli oyun performans təklif edir. 

Orta seqment isə, 1500-2500 arasında qiymətlənir və müasir oyunları yüksək ayarlarda oynamağa imkan verir. Premium seqment gaming PC-lər isə 2500 manatdan başlayaraq 10000 manata kimi dəyişə bilir.

Monoblok Kompüter Qiymətləri

Monoblok kompüterlərin qiymətləri adətən orta və yüksək səviyyəli qiymət aralığında olur. Monoblok PC-lər All in One kateqoriyasına daxildir. 

All-in-one kompüter (həmçinin AIO və ya all-in-one PC adlanır) CPU, monitor və dinamiklər kimi kompüter komponentlərini vahid qurğuda birləşdirən fərdi kompüter növüdür.  

Monoblok kompüter qiymətləri əsasən ortalama 1000 AZN-dən dən başlayır. 2024-cü il üçün premium modellər isə 2500 manat və daha üst məbləğə çıxa bilər.

Sensor kompüter qiymətləri

Sensor kompüter qiymətləri, forma faktoruna və xüsusiyyətlərə bağlı olaraq dəyişir. 

Qiymətləri 1000-2000 AZN arasında olan touchscreen ekranlı konvertasiya edilə bilən noutbuklar həm ənənəvi noutbuk istifadəsinə, həm də planşet funksionallığına üstünlük verən istifadəçilər üçün çox yönlülük təklif edir.

Ucuz Kompüterlərin Digərlərindən Fərqi

Kompüter qiymətlərindəki dəyişiklikləri artıq öyrəndik.İndi isə keçək ucuz kompüter qiymətləri və onların digərlərindən fərqinə, yəni premium və ya orta seqmentdən.

Münasib kompüterlərinin xüsusiyyətləri

Munasib kompüterlər əsasən, funksionallığı qabaqcıl xüsusiyyətlərdən üstün tuturlar. 

Onlar daha yüksək qiymətli modellərlə müqayisədə daha az güclü prosessorlara, daha az yaddaşa və əməli yaddaş qurğusuna (RAM) sahibdirlər. 

Bununla bərabər, onlar hələ də günlük tapşırıqlar üçün kifayət qədər iş görür. Bu seqmentə aid münasib kompüter qiymətlərini Nano’da tapa bilərsiniz! Təyinatından asılı olmayaraq, sərfəli kompüterlər Nano’da hamı üçün əlçatandır.

Ucuz kompüterlərinin müsbət və mənfi cəhətləri

Ucuz kompüterlər yüngül hesablama ehtiyacları olan istifadəçilər üçün büdcə dostu seçimlərdir. Onlar tələbələr, ənənəvi istifadəçilər və məhdud büdcəyə sahib olanlar üçün uyğundur. 

Bununla belə, onlar daha bahalı modellərin performansından və dayanıqlığından məhrumdurlar. 

Ucuz Kompüter Alarkən Diqqət Edilməli Faktorlar

Ucuz kompüter alarkən performans, keyfiyyət və brend reytinqi kimi faktorları nəzərə almaqda fayda var. 

Bundan başqa, əlverişlilik və funksionallıq arasında tarazlıq yaradan modelləri axtarmaq daha məntiqli olar. 

Kompüterin performansı və ömrünü uzatmaq üçün əlavə yaddaş (məs. SSD) və ya RAM kimi təkmilləşdirmələrə investisiya etməyi də yaddan çıxarmamağınız tövsiyə olunur.

Ən yaxşı kompüter qiymətlərini tapmaq üçün nə etməli?

  1. Müqayisə

Ən yaxşı kompüter satış qiymətlərini və təkliflərini tapmaq üçün müxtəlif satıcıları müqayisə edin.

  1. Endirimlər

Alışınıza qənaət etmək üçün endirimlər axtarın. Nano’da kompüter endirimləri hər zaman mövcuddur. 

  1. Doğru Zaman

Ən münasib və ya ən yaxşı kompüteri almaq üçün tələsməyin. Zamanlama əsasdır. Bayram vaxtlarını və ya digər global endirimləri (məs. Black Friday) günlərini gözləyin. 

Və unutmayın Nano’da hər gün Black Friday’dir. 😊