Korporativ
satış
Texnologiya, elmin inkişafı ilə birlikdə həyata
keçirilən işlər sayəsində texniki cəhətdən irəliləmək və inkişaf etmək üçün
verilmişdir. İnsanın mövcudluğundan bəri elmin bilik yığması vasitəsilə irəliləmişdir.
İnformasiya ilə bağlı yeni məlumatlar verən Elm, hər sahədə və hər zaman irəliləməyə
davam edir. Elmin inkişafı və buna görə texniki məlumatların köməyi ilə
texnologiyanın inkişafı insan ehtiyaclarından da təsirlənmişdir.
İnsanlar fərq etməsələr də, bir çox yerlərdə texnologiyadan
istifadə edirlər. Hər gün müxtəlif səbəblərlə istifadə olunan internet ən böyük
texnoloji inkişaflardan biridir.
Texnoloji ixtiralar və ümumiyyətlə tərəqqi
insanların həyatına çox müsbət təsir göstərmişdir. Texnoloji irəliləyişlər və təkmilləşdirmələr
gündəlik həyatın bir hissəsi olan və təhsil, elm, sənaye, ticarət və s. kimi
bütün sahələri əhatə edən bir çox insanlara kömək edir.
Nano Pərakəndə MMC şirkəti İnformasiya
Texnologiyaları üzrə Azərbaycanda öndə
gedən korporativ satış nöqtələrindən biridir. Biz Sizə və Şirkətinizə
İnformasiya Texnologiyaları və elektronika məhsul və xidmətləri üzrə
ehtiyaclarınızı qarşılayacaq geniş çeşiddə olan məhsulları, həlləri və onların
sürətli çatdırılması üçün alternativ imkanlər təklif edirik.
Şirkətin rəhbəri vəya təchizat üzrə məsul şəxs üçün
İnformasiya Texnologiyaları məhsul və xidmətlərin təchizatçısını düzgün seçmək
çox vacibdir. Şirkətinizin gələcək uğurları, davamlılığı və dayanıqlılığı Sizin
seçdiyiniz təchizatçılardan və həllərdən də asılıdır. Söhbət biznesdən gedəndə
sərfəlilik meyarı kimi yalnız qiymət götürülməməlidir. Qiymətdən daha vacib
olan ən əsas amillər təchizatçı şirkətin müştəri yönümlü yanaşmaya sahib
olması, səriştəsi, çevikliyi, təklif olunan məhsullaravə həllərə istər zəmanət
dövründə istərsədə ondan sonra lazım ola biləcək xidmətlərin səviyyəsi. Bəzən
korporativ iş mühütündə inamlı və peşakar təchizatçı tapmaq çətin ola bilər.
NANO Pərakəndə MMC artıq uzun illərdir ki, öz məmnun müştəri
bazasını böyütməkdə davam edir. Buna səbəb isə aşağıdakılardır:
Bütün növ İT və elektronika məhsulları eyni ünvanda
Siz bizə İT və elektronika
sinfinə daxil olan istənilən məhsulu və ya xidməti sifariş edə bilərsiniz. Biz
hər zaman daimi müştərilərimizin dəyişən tələbatları üçün lazım olan məhsul və
həlləri onlara əl çatan edirik. Əgər siz daimi müştərimizsinizsə və ölkədə heç
yerdə olmayan məhsul sizə lazımdırsa biz məmnuniyyətlə həmin məhsulun xaricdən
sərfəli qiymətə tapılıb ölkəyə idxal olunmasını təmin edə bilərik.
Müştəri yönümlü korporativ mədəniyyət
Bizim üçün müştərinin istəkləri
şirkətimizin maraqlarına zidd olmadığı və şirkətimizə ziyan vermədiyi müddətcə
bütün hallarda haqlıdır. Bu səbəbdən də hər zaman müştərimizin istəklərini
reallaşdırmışıq və reallaşdırmaqda da davam edirik.
Rəqabətcil qiymətlər və yüksək endirim imkanları
Siz bizimlə korporativ
satışlar etdiyiniz zaman sifarişlərinizin sayı qalxdıqca bizim endirimlərimiz də
qalxır. Biz şirkət olaraq uzun müddətli əməkdaşlıqların tərəfdarıyıq. Siz
bizimlə davamlı olaraq işlədiyiniz və çox sayda sifarişlər verdiyiniz halda
aldığınız qiymət təkliflərində bizim sizə nə qədər dəyər verdiyimizi özünüz görəcəksiniz!
Bizimlə əlaqə saxlamağa
tələsin
Sürətli çatdırılma imkanları – Vaxt qızıldan da
qiymətlidir
Siz istədiyiniz məhsulu rəsmi
partnyorlardan almadığınız təqdirdə məhsullarınızın çatdırılmasında gecikmələr
ilə üzləşə biləriniz. Amma siz korporativ satışları bizimlə etdiyiniz zaman ən
gec olaraq 10-15 gün ərzində məhsulları təhvil ala bilərsiniz. Digər şirkətlər
isə sizə məhsulu bir neçə ay ərzində çatdıra bilirlər. Stokda olmayan məhsullarımız
belə 15 gün ərzində sizə təhvil verilir. Buna səbəbdə bizim şirkətlər ilə sıx əməkdaşlığımızdır
və bizim şifarişlərin birinci qəbul olunmasıdır.
Vergi üstünlükləri
NANO Pərakəndə MMC təqdim
etdiyi bütün qiymət təkliflərində 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) təqdim olunmaqdadır. Digər şirkətlər
2-6 faiz vergi ödədiyi halda NANO Pərakəndə MMC tam olaraq 18 faiz əlavə dəyər
vergisi ödəməkdədir. Siz korporativ satış zamanı bütün ödənişlərinizi köçürmə
yolu ilə ödəyə bilərsiniz.