Menyu
Səbət
Haqqımızda

Əsası  2003-cü ildə qoyulmuş  Azer.Net MMC Azərbaycanın İKT bazarında  ardıcıl surətdə  inkişaf edən şirkətlərdəndir.


Bizim məqsədimiz  müştrəiləri ən uyğun qiymətlərlə ən keyfiyyətli İKT  məhsulları ilə təmin etməkdir.

Azer.Net  MMC milli kompüter bazarınını formalaşdıra biləcək çox az sayda şirkətlərdən biridir. Şirkətin mütəxəsisləri Azərbaycanın bütün regionlarında  olan müştəriləri  geniş çeşiddə fərdi stolüstü kompüterlər , noutbuklar, onlara qoşula bilən  xarici avadanlıqlar və rəqəmsal  texnika ilə rəqabətli  qiymətlərlə təmin etmək üçün İKT bazarındakı qlobal dəyişiklikləri müntəzəm izləyirlər. Azer.Net MMC müştəri yönlü şirkətdir. Bizim partnyorların  uğuru bizim əsas prioritetlərdəndir. Geniş məhsul  çeşidi,  elastik qiymətqoyma və müştərilərimizə fərdi yanaşma  bizi Azərbaycanın  kompüter  dilerləri üçün cəlbedici edir.  Fərdi kompüter  avadanlığının  aparıcı qlobal istehsalçılari ilə olan rəsmi biznes əlaqələrimiz bizim gücümüzün, etibarlılığımızın ən yaxşı sübutudur. Biz beynəlxalq partnyorlarımıza Bütün Azərbaycan ərazisində geniş satış kanalları və marketinqlə dəstək veririk.

Korporativ satış

Azer.Net  şirkəti Bakıda uzun illər ərzində kompüter və noutbuklar satışı üzrə ixtisaslaşmışdır. Keyfiyyət göstəricisinə görə Azərbaycanda seçilən məhsulları ilə tanınmışdır. Bütün məhsullar sertifikatlıdır, keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verir. Korporativ satışla maraqlananlar hər zaman bizimlə əlaqə saxlayıb, satış qiymətləri və şərtləri ilə maraqlana bilərlər. İşçilərimiz, bir qayda olaraq, böyük iş təcrübəsinə malikdirlər. Müasir trendləri yaxşı mənimsəmişlər. Müştərilərin ehtiyaclarını öyrənir, korporativ təkliflər təqdim edirlər. Menecerlər qiymət-keyfiyyət nisbətində keyfiyyətli həll seçimində sizə kömək etməyə daima hazırdırlar.

Azer.Net  MMC Azərbaycanın  İKT bazarında  “Nano Electronics” və “Texno Computers” brendləri ilə  təmsil olunur.


Alış-veriş et