Menyu
Səbət

Salam hörmətli müştərilərimiz.

Bizdən kompüter, noutbuk və ya digər texnika alarkən, satdığımız bütün mallara zəmanət verilir. Tipindən və modelindən asılı olaraq zəmanət müddəti 14 gün və ya 3 il müddətinə qədər olur. Satdığımız bütün texnika tam orijinal və zəmanətlidir. Biz daima öz müştərilərimizin məmnuniyyətini düşünürük. Zəmanət şərtlərimiz talonda öz əksini tapacaqdır.

·        1. Avadanlığa verilən zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri deməkdir.

·        2. Avadanlıq yalnız tam komplektində, orginal xarici görünüşünə və daxili parametrlərinə uyğun olmalıdır.

·        3. Avadanlıqda fiziki xəsarət və təmir izləri aşkar olunduqda, avadanlıq zəmanətli təmirə qəbul edilmir.

·        4. Zəmanət müddətində qeyri düzgün istifadə nəticəsində yaranmış zədələnmələrə, ehtiyyatsız yanaşma, qeyri düzgün sazlanma, qurulma zamanında yaranmış zədələnmələr, Mainboard, VGA, HDD, CPU, RAM və s üzərində deformasiya olmuş elementlər (mikrosxemlər və kondensatorlar) aşkarlansa zəmanətli təmirə qəbul edilmir.

·        5. Məhdud istifadə müddəti olan hissələrə (Keyboard, Mouse, Webcamera, Səs qurğuları) zəmanət edilmir.

·        6. Kompüterlərin qida blokuna, Notebook-ların adapterlərinə və digər (kartriclər, rəngli lentlər, disk və disketlər, batareyalar, notebook touchpadları) hissələrinə zəmanət verilmir.

·        7. Elektrik siçrayışı və azalması nəticəsində zədələnən hissələrə zəmanət verilmir.

·        8. Printer və çap qurğularını yalnız original katriclər və rənglərlə istifadə edin. Doldurulmuş katriclərin çapına görə biz məsuliyyət daşımırıq.

·        9. Zəmanət təmiri həmin avadanlığın servisə qəbul edildiyi tarixdən etibarən 14 (On dörd) gün (avadanlığın tipindən asılı olaraq 45 günə qədər uzadıla bilər) ərzində yerinə yetirilir.

·        10. Avadanlığın təmiri göstərilən müddət ərzində mümkün olmadıqda, analoji olaraq yenisi ilə əvəzlənir.

·        11. Proqram təminatına zəmanət verilmir.

·        12. Alınan hər hansı bir detalda defekt, alış günündən 14 gün müddətində müəyyən olunmayıbsa, avadanlıq dəyişdirilə bilməz.

·        13. Notebook və monitorların ekranındakı ölü pixellərin sayı 7-dən az olduğu halda zəmanətə daxil edilmir.

Alıcıların nəzərinə: - Məhsul alarkən onun yoxlanılmasını və zəmanət talonunun düzgün doldurulmasını tələb edin. - Zəmanət talonu diqqətlə oxunmalı, zəmanət şərtlərini qəbul etdiyi alıcı öz imzası ilə təsdiq etməlidir. - Zəmanət talonu təqdim edilmədiyi təqdirdə zəmanətli təmir edilə bilməz

 

Zəmanət öhdəlikləri və zəmanət xidməti aşağıdakı hallarda tətbiq edilmir:

·        Təsadüfi zərər (alıcının səbəb olduğu);

·        Təbii fəlakətlər (təbiət hadisələri) nəticəsində dəymiş ziyan;

·        Səhlənkarlıq və ya istifadə nəticəsində dəymiş ziyan (temperatur rejiminə riayət edilməməsi, mayenin, tozun, mexaniki zədələnmənin, korpusa yad cisimlərin daxil olması);

·        Şəbəkədə gərginliyin fövqəladə artması və ya azalması nəticəsində yaranan ziyan;

·        Bu məhsulun istifadə edildiyi sistemin nasazlığı nəticəsində və ya məhsulun digər məhsullara qoşulması və qoşulması nəticəsində yaranan zərər;

·        Məhsulun başqa məqsədlər üçün istifadəsi və ya istifadəyə dair tövsiyələrin pozulması nəticəsində dəymiş ziyan;

·        Müəyyən edilmiş istifadə normalarından artıq olduqda elementlərin, habelə daşınan məhsulların üz səthlərinin təbii aşınması;

·        Proqramların səbəb olduğu məhsulun zədələnməsi;

·        Qeyri-standart və (və ya) keyfiyyətsiz istehlak materiallarının, aksesuarların, ehtiyat hissələrinin, akkumulyatorların istifadəsi nəticəsində dəymiş ziyan;

·        Məhsulda başqa şəxslər (satıcı deyil) tərəfindən təmir əlamətlərinin olması.

·        Şəbəkə avadanlıqları və routerlərin internet sürətinə cavabdehlik daşımırıq.

·        Kompüter və noutbukların texniki göstəricilərinin üzərində olan proqram və oyunların işləməsi, FPS göstəricilərinə biz cavabdehlik daşımırıq.

Qeyd!

Bizdən aldığınız malları aşağıdakı şərtlərlə dəyişdirə bilərsiniz:

·        Məhsul istifadə edilməmişdir (qutu, möhürlər, zavod etiketləri var);

·        Satış qəbzi və ya kassa qəbzi və ya malın ödənilməsini təsdiq edən digər sənəd olduqda;

·        Analoji məhsul satıcı ilə əlaqə saxladığı gün satışda olmadıqda, alıcı göstərilən məhsul üçün ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir.