Apple hər dəfə yeni İphone modelini təqdim etdikdə, çıxan cihazlar ad oxşarlığına görə bir-birinə bənzəyir. iPhone 15 modelləri üçün də bu keçərlidir. Bəs bu modellər arasında fərqlər və oxşarlıqlar nələrdir? Hansı modeli almaq daha məntiqlidir? iPhone 15 vs.  iPhone 15 Pro ekran, dizayn, kamera və performans baxımından nə təklif edir? Azərbaycanda bu modellərin qiymətləri necədir? və s.

Bugün sizlər üçün bunu bir neçə başlıq altında izah etməyə çalışacağıq. Elə isə, gəlin, iPhone 15 və iPhone 15 Pro arasındakı geniş müqayisəyə bir yerdə baxaq…

iPhone 15 vs. iPhone 15 pro – Ümumi Məlumat

iPhone 15 yeni nəslin standart modelidir. iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max ilə müqayisədə ən ucuz cihazdır. iPhone 15 Pro üstün cəhətlərinə görə bahadır, lakin daha yaxşı xüsusiyyətlər və maraqlı və estetik dizayna malikdir. 

Hər model arasında bir sıra fərqlər mövcuddur.

iPhone 15 vs. iPhone 15 Pro – Dizayn Fərqi

Apple, iPhone 15 və 15 Plus modellərini 15 Pro və 15 Pro Max modellərindən material baxımından fərqləndirib. iPhone 15 və 15 Plus modelləri parlaq şüşə arxa və alüminium kənarlarla təchiz olunub. 

Əksinə, Pro modelləri isə mat şüşə arxa və paslanmayan polad kənarlara malikdir.

Pro modelləri yəni, iPhone 15 Pro və Pro Max dörd rəng seçimi ilə təqdim olunur və üst seqmenti müəyyən edir, iPhone 15 və 15 Plus isə beş rəng seçimi ilə təklif olunur. Əsas modellər alüminium istifadə edir, halbuki Pro modelləri titan gövdəyə malikdir.

iPhone 15 Pro rəngləri:

  • Black Titanium
  • White Titanium
  • Blue Titanium
  • Natural Titanium

iPhone 15 rəngləri:

  • Black
  • Blue
  • Green
  • Yellow
  • Pink

Bundan başqa, iPhone 15 və 15 Plus iki arxa  kameraya malikdir, Pro modelləri isə üç kamera və LIDAR sensoru ilə təchiz olunub. Bu, iPhone Pro modellərdə olan ən gözəçarpan fərqdir.

Həm əsas, həm də Pro modelləri Dynamic Island funksiyası ilə təchiz olunub. Dynamic Island Apple iPhone istifadəçilərinə bir sıra qısa yol imkanı verir. 

Bütün modellər IP68 sertifikatına malikdir, bu da onların toz və suya qarşı davamlı olduğunu göstərir.

iPhone 15 vs. iPhone 15 Pro – Ölçülər, Çəki

Ölçülərinə və çəkilərinə görə hər iki model demək olar ki, bir-birinə oxşardır, laki cüzi fərqlər yenə də var.

Ölçülər

iPhone 15 sadə modelin (Basic) ölçüləri belədir:

  • 147.6 x 71.6 x 7.8 mm (5.81 x 2.82 x 0.31 in)

Pro model ondan cüzi fərqlənir:

  • 146.6 x 70.6 x 8.3 mm (5.77 x 2.78 x 0.33 in)

Çəki

Çəkiyə gədikdə isə iphone 15 standart model 171 qram Pro model isə 187 qramdır.

Platforma və ekran fərqləri – iPhone 15 vs. iPhone 15 Pro

Apple iPhone 15 modellərində, istər sadə, istərsə də pro modelində iOS 17 əməliyyat sistemi işlətmişdir. Chipset baxımından isə fəqli texnologiyalar hər iki cihazı bir-biridən ayırır. 

Belə ki, sadə iPhone 15 modelində Apple A16 Bionic (4 nm) istifadə olunubsa, Pro modeldə Apple bu səfər yeni nəsil  A17 Pro (3 nm) chipset’inə üstünlük verib.

Qrafik Kart (GPU) və Prosessor (CPU) fərqləri:

iPhone 15 »

  • CPU: Hexa-core (2×3.46 GHz Everest + 4×2.02 GHz Sawtooth)
  • GPU: Apple GPU – 5 nüvəli qrafik kart (5-core graphics)

iPhone 15 Pro »

  • CPU: Hexa-core (2×3.78 GHz + 4×2.11 GHz)
  • GPU: Apple GPU – 6 nüvəli qrafik kart (6-core graphics)

Ekran (Displey) – iPhone 15 vs. iPhone 15 Pro

Ekran yəni, display tərəfinə gəldikdə isə, Apple iPhone 15-də Super Retina XDR OLED, HDR10, Dolby Vision texnolgiyası tətbiq edib. 

Digər tərəfədən, iPhone 15 Pro isə, ekran baxımından LTPO Super Retina XDR OLED, 120Hz, HDR10, Dolby Vision ilə təchiz olunub. 

Qeyd edək ki, hər iki cihazda maksimum parlaqlıq 2000 nit’ə qədər qalxa bilir. Bu da bu cihazları günlü ətraf mühitdə rahat istifadə etməyə imkan verir.

Ekran-gövdə (screen-to-body ratio) nisbətinə gədikdə isə bu sadə modeldə 86.4%, Pro modeldə isə 88.2%-dir.

iPhone 15 və iPhone 15 Pro Arasındakı Batareya Fərqləri

iPhone 15 və iPhone 15 Pro fərqli batareya performanslarına malikdir. iPhone 15 20 saata qədər video oynatma (16 saat video danışıq) və 80 saata qədər audio oynatma (dinləmə) təklif edir. Bu modeldə batareya həcmi 3349 mAh’dır.

Apple iPhone 15 Pro isə 23 saata qədər video oynatma (20 saat video danışıq) təmin edir, lakin audio oynatma 75 saata qədər davam edir. Bu modeldə isə batareya tutumu digərindən bir qədər az, yəni,  3274 mAh’dır.

Hər iki model gücünü Li-Ion platformalı batareyadan alır.

Nəhayət Apple, iPhone 15 modellərində mühüm bir dəyişiklik edib və Lightning portunu Android telefonlarına bənzər USB-C bağlantısı ilə əvəzləyib. Bu dəyişikliyə baxmayaraq, hər iki model hələ də 20 vatda enerji yığır. 

Alternativ çəkildə, onlar simsiz olaraq da enerji yığma qabiliyyətinə malikdirlər. MagSafe ən sürətli seçim olaraq 15 vatadək enerji yığma imkanı verir.

iPhone 15 və iPhone 15 Pro: Kamera Müqayisəsi

Kamera xüsusiyyətləri iPhone 15 və iPhone 15 Pro arasındakı ən böyük fərqlərdən biridir. Standart iPhone 15 iki kameralı quruluşa sahibdir, lakin Pro model üç kameralı sistemə malikdir.

iPhone 15 Yeni Kamera İmkanları İlə

iPhone 15-in əsas kamerası 48 meqapiksel çözünürlüyə malikdir. Apple, dörd pikseli bir böyük pikselə birləşdirən piksel bininq texnologiyasını istifadə edir ki, bu da işıq yığımını yaxşılaşdırır. 

Bu, xüsusilə az işıqlı şəraitdə daha yaxşı görüntü keyfiyyəti ilə 12 meqapiksellik fotolar çəkməyə imkan verir. iPhone 15-in ikinci lensi ultra geniş bucaqlı lensdir.

iPhone 15 Pro: Kamera Xüsusiyyətləri

Optik zoom axtaranlar üçün, iPhone 15 Pro standart iPhone 15-də olmayan telefoto lens təklif edir. Üç arxa kamera lensi ilə, üçqat optik zoom daxil olmaqla, Pro modeli üstünlüyünü qoruyur. 

Əsas kamerada da yenilik var. Çözünürlük hələ də 48 meqapikseldir. Bununla belə, görüntü sensoru daha böyükdür. Bu təkmilləşdirmə aşağı işıqlı fotoqrafiyanı yaxşılaşdırmaq və görüntü kirliliyini azaltmaq məqsədi daşıyır. 

Standart modeldə əsas lens bir qədər güclü olsa da, Pro modelinin daha böyük sensoru bu çatışmazlığı (f/1.6-ya qarşı f/1.78) kompensasiya edir.

İstifadəçilər həmçinin iPhone 15 Pro ilə ProRAW rejimindən də istifadə edə bilər: ProRAW piksel bininq olmadan tam qərarlılıqda (çözünürlükdə) foto çəkməyə imkan verir.

Bəs onların ortaq cəhətləri nələrdir?

Cihazların hamısı 5G, Wi-Fi 6 və Bluetooth 5.3-ü dəstəkləyir.

İki modelin qiyməti

iPhone 15 və iPhone 15 Pro arasında qiymət fərqi əhəmiyyətlidir – daha yaxşı təchiz olunmuş model bir qədər bahadır:

iPhone 15 Qiyməti (Standart Model)

Standart modelin qiyməti təxminən 2000 AZN-dən başlayır. Müxtəlif konfiqurasiyalar üçün qiymətlər: təqribən, 2000 AZN (128 giqabayt), 2500 AZN (256 qiqabayt), 2800 AZN (512 qiqabayt).

iPhone 15 Pro Qiyməti

Pro modellərdə qiymət minimum 3000 manatdan başlayır. Fərdi modellərin qiyməti aşağıdakı kimidir: təqribən, 3000 AZN (128 giqabayt), 3300 AZN (256 giqabayt), 3600 AZN (512 qiqabayt), 4500 AZN (1 terabayt).

Hansı modeli seçmək daha məntiqdlidir?

Bu, hər istifadəçinin büdcəsinə və cihazı necə və hansı hallarda istifadə edəcəyinə bağlıdır. 

Əgər siz premium seqment smartfon istəyirsinizsə və büdcəniz buna uyğundursa istənilən halda Pro model standart modeli üstələyir. 

Yox, maddi olaraq büdcənizi yormaq istəmirsinizsə və ya standart modelin təklif etdiyi funksiyalar sizi təmin edirsə, bu zaman sadə model almaq daha məntiqlidir.